Valyuta hərracında 40,7 mln. dollar satılıb
Bakı/11.06.20/Turan: Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında 40,7 mln. dollar satılıb. Hərracda Azərbaycan Dövlət Neft Fondu iştirak edib. Manatın dollara nisbətdə məzənnəsi 1USD/1,7000AZN təşkil edib.İyunun 9-da keçirilmiş əvvəlki hərracla müqayisədə ABŞ valyutasına tələbat 12 mln. manat yaxud 22,7% azalıb.Bütövlükdə iyunda valyuta hərraclarında 190 mln. manat satılıb.–71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz