Bakı/04.20.20/Turan: Oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonun mərkəzini və rayonun bir sıra kəndlərini azad edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter hesabında yazıb.
Qeyd edək ki, Cebrail 1993-cü ildən bəri erməni işğalı altında idi. Dağlıq Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu İranla həmsərhəddir.
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələri artıq Füzuli şəhərinin də yaxınlığında döyüşür və şəhərin azad olunması yaxın günlərin işidir. -02V-
Rəy yaz