Açiq mənbələrdən foto.
Ermənilər Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinə atəş açıb
Bakı/07.11.22/Turan: Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb, bu barədə noyabrın 7-də Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə isə, atəşi Azərbaycan tərəfi açıb. 06B
-
- Siyasət
- 7 Noyabr 2022 09:37
Siyasət
-
Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
-
Həbsdə olan Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib, bu barədə vəkil Bəruz Bayramov bildirib.
-
9 dekabr 2024-cü il tarixində Ər-Riyad şəhərində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib, bu barədə Azərbaycan XİN məlumat yayıb.
-
Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Natiq Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadəni külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirli bilərək, 6 il 6 ay həbsə məhkum edib. Bu barədə Turan-a vəkil Zabil Qəhrəmanov bildirib.
Rəy yaz