![Merkelin partiyasından olan deputat onu Azərbaycana səfəri zamanı müşaiyət edə bilməyəcək](https://turan.az/resized/media/2018/main/082000012576-750-500-resize.webp)
Merkelin partiyasından olan deputat onu Azərbaycana səfəri zamanı müşaiyət edə bilməyəcək
Bakı/20.08.18/Turan: Azərbaycan hakimiyyəti Almaniya kansleri Angela Merkelin Xristian-Demokrat Partiyasından olan deputat Albert Vaylerin ölkəyə girişini qadağan edib. Bu barədə avqustun 20-də Bild qəzeti məlumat yayıb.
Rəsmi Bakının Vayleri "arzuolunmaz şəxs" elan etməsinin səbəbi onun 2014 və 2016-cı illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi olub. İndi girişin qadağan edilməsi qərarı ən yüksək səviyyədə qəbul edilib, odur ki, Azərbaycan səfiri ilə bu barədə danışıqlar nəticəsiz qalıb, deyə Bild yazır.
Almaniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətlər üzrə parlament qrupunun sədr müavini Vayler avqustun 24-dən Merkeli Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşaiyət etməli idi.
Vayler regionda vəziyyətlə bağlı narahatlığını bildirib. O, səfərdən imtina etmək niyyətindədir, deyə Deutsche Welle yazır. -06D--
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz