Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans. azertag.az
Müstəqil mediasız konfrans
Bakı/10.08.22/Turan:Avqustun 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.
Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.
Konfrasda çıxış edən baş prokuror Kamran Əliyev deyib ki, Azərbaycanda medianın zəruri inkişafı üçün şərait var.
Onun sözlərinə görə vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə yönəlmiş, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hər hansı mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib. Əlavə edib ki, Media Reyestri də yəqin ki, yaxın zamanda qəbul olunacaq və jurnalistlərə vahid vəsiqələrin verilməsinə başlanılacaq.
Amaşov həmçinin reketlik hallarının davam etdiyini də vurğulayıb və bununla mübarizə sahəsində qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu ifadə edib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev isə deyib ki, bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb.
“ Bu rəqəmlərin böyük əksəriyyətinin kütləvi informasiya vasitələri və media ilə əlaqəsi yoxdur".
Onun sözlərinə görə, bunlar əsasən ətraf mühitin qorunması, əmək fəaliyyətinin pozulması ilə bağlıdır.
"Bəzi hallarda həqiqətə uyğun olmayan məqamlarla bağlı məlumatlar yayılır. Əgər həqiqətə uyğun olmayan məlumatlar yayılırsa məsuliyyət də yaranır", - o bildirib.
Tədbirdə media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri nin iştirakı deyilsə də, müstəqil media ekspertləri və jurnalistlər dəvət olunmayıb.
Ələsgər Məmmədli
“ heç bir qanunda və heç bir Qanunun tətbiqinə dair Fərmanda Baş Prokurorluğa Media Azadlığı, jurnalist peşəkarlığı və s mövzularda xüsusi səlahiyyət verilməyib. Amma xəbər doğrudur. Baş Prokurorluq artıq medianın azadlığına, jurnalist etikasına nəzarət edən qurum kimi sadəcə davranmır, hətta ulu-orta ev sahibliyi etdiyi Konfrans da keçirir. Üstəlik bu sahədə dövlət siyasətinin aparıcısı kimi 2021-ci il yanvar ayında Prezidentin Fərmanı ilə "mediada islahatları dərinləşdirmək" məqsədi ilə təsis olunan MEDİA Agentliyi də, 2003-cü ildə Medinaın etik və peşəkar özünütənzimləmə funksiyasını üzərinə götürən Mətbuat Şurası da sorğulamadan gedib oturur bu konfransda və deyə bilmir ki, "Hörmətli Prokurorluq, bu sahədə dövlət tənzimləyici funksiyanı Prezident Fərmanda mənə verib, Hörmətli Prokurorluq bu sahədə özünütənzimləmə səlahiyyətini jurnalistlərin qurultayında qəbul olunan Nizamnamə mənə verib- siz qarışmayın!"
Yayılan xəbərlərdən o da məlum olur ki, media azadlığından, jurnalist peşəkarlığından danışan Prokurorluq, özü əməl etməli olduğu və hər kəsin də əməl etdiyinə əmin olmalı olduğu Konstitusiyanın 25-ci maddəsini, 50-ci maddəsini kobud şəkildə pozaraq ayrı-seçkiliyə yol verir, jurnalistləri özümün-özgənin kateqoriyasına bölərək, bir qrupun iştirakına şərait yaradır, digər jurnalistləri isə tədbirdən çıxarır.
-
- Siyasət
- 10 Avqust 2022 16:20
Siyasət
-
Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan fəallardan ikisini inzibati həbsə məhkum edib, 4 fəalı isə cərimə edərək sərbəst buraxıb.
-
Müxalif Müsavat Partiyası Azərbaycanda 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərində iştirak edəcək. Bu qərarı bu gün Partiyanın İdarə Heyəti qəbul edib.
-
Bazar ertəsi Nəsimi Rayon Məhkəməsinin binası qarşısında saxlanılan Xalq Cəbhəsi Partiyasının 10 fəalı Bakının Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində döyülüb.
-
Bazar ertəsi İlham Əliyev Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı və ətraf mühit naziri Viriato Kassamanı qəbul edib.
Rəy yaz