Последнее обновление

(1 час назад)
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda

ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başladı. O, fəaliyyətə Meksika ilə sərhəddə fövqəladə vəziyyətin tətbiqi ilə başlayıb, həmçinin dərhal milli enerji fövqəladə vəziyyətini elan edəcəyini, strateji ehtiyatları dolduracağını və Amerikanın enerjisini bütün dünyaya ixrac edəcəyini vəd edib.

Co Baydenin prezidentliyi dövründə qəbul olunmuş 78 qərarı ləğv edən Tramp yeni fərmanla Kubanı yenidən terrorizmə dəstək verən dövlətlər siyahısına salıb.

Tramp həmçinin ABŞ-nin Paris İqlim Sazişindən, Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı da fərman imzalayıb.

ABŞ Prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır. Onun fikrincə, Putin razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir.

Bəs Trampın hakimiyyəti dünyaya və regiona nə vəd edir?

Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей