16 dini icma qeydə alınıb
Bakı/28.07.17/Turan: Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə iştirak edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malik olduğunu qeyd edib.
O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.
Dini icma sədrləri rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.
Xatirladaq ki, 2009-cu ildə dini icmaların təkrar qeydiyyatından sonra indiyə kimi 783 dini icma qeydiyyata alınıb. Bunların 755-i islami, 28-i qeyri-islami dini icmalardır. Ölkədə 17 xristian, 8 yəhudi, 2 bəhai, 1 krişna şüuru icmalarıdır. -05D-
-
- İqtisadiyyat
- 28 İyul 2017 16:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz