koronavirusinfo.az
162 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
Bakı/03.02.21/Turan: Ötən gün Azərbaycanda koronavirus infeksiyasına 162 yeni yoluxma hadisəsi qeydə alınıb, 361 xəstə sağalıb, dörd nəfər isə vəfat edib. Bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Xəstəliyə yoluxanların ümumi sayı 230 617 nəfərə çatıb, onların 224 168 nəfəri sağalıb, 3145 vəfat edib, 3304 aktiv xəstənin müalicəsi davam etdirilir.
Azərbaycanda pandemiyanın başlanğıcından etibarən koronavirusun müəyyən edilməsi üzrə 2 426 945 test, o cümlədən son bir gün ərzində 1798 test aparılıb. -06D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz