Bakı/21.02.19/Turan: Azərbaycan-İran sərhəddində Astara gömrük məntəqəsində 28,4 kq. heroin tutulub. Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, Azərbaycandan keçərək İrandan Ukraynaya gedən Ukrayna vətəndaşı öz avtomobilində quru meyvə adı altında heroin keçirməyə cəhd edib.Xüsusi təlim keçmiş itlər heroini yük maşınının gizli saxlanc yerində aşkar ediblər. 54 bağlamada 28,4 kq. heroin qablaşdırılıb. Fakt üzrə araşdırma aparılır.-02D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə