Açiq mənbələrdən foto.
3 həftə ərzində 225 şagird və 159 müəllim koronavirusa yoluxub
Bakı/23.02.21/Turan: Bu il fevralın 1-dən 21-inə kimi ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225, virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər təşkil edib. Bu barədə Təhisl Nazirliyinin fevralın 23-də yaydığı məlumatda deyilir.
Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.
Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, dörd təhsil müəssisəsi – Bakı İncəsənət Gimnaziyası, Bakı şəhər 82 saylı orta məktəbi, Gəncə şəhər 37 saylı orta məktəbi və Ağdam rayonunda Afətli kənd məktəbi distant təhsilə keçirilib.
Xatırladaq ki, ölkə üzrə məktəblər koronavirus pandemiyası ilə əlaqədar uzun müddət bağlı qaldıqdan sonra, fevralın 1-dən dərslər bərpa olunub. ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. -02D-
-
- İqtisadiyyat
- 23 Fevral 2021 16:33
-
- Cəmiyyət
- 23 Fevral 2021 17:12
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz