koronavirusinfo.az
332 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib
Bakı/20.01.21/Turan: Azərbaycanda gün ərzində koronavirus infeksiyasına 332 yeni yoluxma hadisəsi qeydə alınıb. 897 nəfər sağalıb, 12 nəfər isə vəfat edib. Bu barədə yanvarın 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 228 028 nəfər təşkil edib. Onların 217 617 nəfəri sağalıb, 3044 nəfəri vəfat edib.
Bu gün ölkədə 7367 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb. -21D06-
-
- Siyasət
- 20 Yanvar 2021 18:12
Cəmiyyət
-
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
-
Elon Mask, texnologiya milyarderi və X (əvvəlki adıyla Twitter) platformasının sahibi, dövlət rəsmilərinin mental hazırlığı ilə bağlı debatları yenidən gündəmə gətirərək vəzifə sahibləri üçün zəka testlərinin keçirilməsini təklif edib. Musk-ın bu təklifi, 81 yaşlı ABŞ konqresmeni Key Qrencerin küçədə azaraq sonradan demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə yerləşdirilməsindən sonra irəli sürülüb.
-
Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
Rəy yaz