Açiq mənbələrdən foto.
803 yeni yoluxma faktı
Bakı/23.10.20/Turan: Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə 803 hal aşkarlanıb. Bununla yanaşı, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib. Bu barədə cümə günü Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Yoluxanların ümumi sayı 48 221 nəfər təşkil edib. 40 831 nəfər sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 6 734 nəfərdir.
Ötən sutka ölkədə 9 951, pandemiya dövründə 1 270 144 test keçirilib.-02D-
-
- İqtisadiyyat
- 23 Oktyabr 2020 15:22
Cəmiyyət
-
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
-
Elon Mask, texnologiya milyarderi və X (əvvəlki adıyla Twitter) platformasının sahibi, dövlət rəsmilərinin mental hazırlığı ilə bağlı debatları yenidən gündəmə gətirərək vəzifə sahibləri üçün zəka testlərinin keçirilməsini təklif edib. Musk-ın bu təklifi, 81 yaşlı ABŞ konqresmeni Key Qrencerin küçədə azaraq sonradan demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə yerləşdirilməsindən sonra irəli sürülüb.
-
Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
Rəy yaz