9 ay ərzində 112 qadın intihar edib
Bakı/26.11.18/Turan: Məişət zorakılığı Azərbaycanda ciddi problem olaraq qalmaqda davam edir. Bu barədə bazar ertəsi "Qadınlara və qızlara qarşı zorakılığa son verilsin" adlı 16 günlük kampaniyaya həsr edilmiş konfransda bildirilib.
Belə ki, Azərbaycan DİN-in nümayəndəsi Adıgözəl Adıgözəlov bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə 112 qadın intihar edib.
Onun sözlərinə görə, 135 intihar həddinə çatdırma hadisəsi qeydə alınıb. İntihar edənlərin 11-i yetkinlik yaşına çatmayanlardır. Məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 678 təşkil edib. Qadınlara qarşı cinayətlərə görə iki mindən insan məsuliyyətə cəlb edilib.
Eyni zamanda, o, intiharların sayının bu qədər çox olmasının səbəblərinin təhlilini və intiharların profilaktikası üzrə tədbirlər haqqında ideyaları açıqlamayıb. -02D-
-
- İqtisadiyyat
- 26 Noyabr 2018 16:35
-
- İqtisadiyyat
- 26 Noyabr 2018 16:41
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz