Adamyeyən bəbir haqqında məlumat təsdiqlənmir
Dünən bir sıra KİV-lər Azərbaycanın cənubunda Lerik rayonunda guya bəbir tərəfindən parçalanan 18 yaşlı qızın faciəvi ölümü haqqında məlumat yayıb.
Hadisə ətraflı təsvir olunur və qızın adı açıqlanırdı. Xüsusən, bəbirin qurbanının əllərini və ayağının bir hissəsini yediyi iddia olunurdu. Bu zaman başqa təfsilat və şahidlərin ifadəsi təqdim edilmirdi.
Hüquq-mühafizə orqanları və yerli hakimiyyət bu məlumatla bağlı şərh verməyib. Lakin martın 27-də axşam saatlarında Lerikin icra hakimiyyəti qızın ölümü faktını təkzib edi.b. Sonradan qızı bəbirin deyil, canavarın parçaladığı haqqında məlumatlar səslənib.
Martın 28-də DİN-dən Turan agentliyinə qızın bəbir tərəfindən öldürülməsi haqqında məlumatı təkzib edib. “Belə bir fakt qeydə alınmayıb və bu barədə məlumat şayədir." deyə DİN-in mətbuat xidmətinidən bildirilib.
Qeyd edək ki, Azərbaycanda bəbirlərin insanlara hücumu halları qeydə alınmayıb. Talış dağlarında yaşayan bəbir sayı 15-18-ə bərabərdir. Bu nadir heyvan dövlətin mühafizəsi altındadır və zooloqlar uzun illərdir bu heyvanları brakonyerlərdən qoruyur. Lakin bir neçə il əvvəl Talış dağlarında bir bəbir güllələnib. -02B16-
-
- İqtisadiyyat
- 28 Mart 2013 16:07
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz