Açiq mənbələrdən foto.
Almaniyadan 38 Azərbaycan vətəndaşı qaytarılıb
Bakı/30.03.22/Turan: Azərbaycan və Aİ arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişə uyğun olaraq martın 29-da Almaniyadan 38 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsinin 30 mart tarixli məlumatında deyilir.
Gələnlər evlərinə göndəriliblər, deyə DMX bildirib.
Readmissiya olunmuş şəxslərin reinteqrasiyası üzrə işi qrup qayıdan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyada qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılması üzrə tədbirlər görür, deyə məlumatda qeyd edilir.
Bir müddət əvvəl hüquq müdafiəçiləri AFR-dən deportasiya olunan son qrupda siyasi fəal Samir Aşurovun da olduğunu bildiriblər. Onlar Aşurovun Azərbaycanda repressiyalarla qarşılaşa biləcəyindən ehtiyatlanırlar. -06В-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz