
Avropanın Natolin Kolleci jurnalistlər üçün treninq keçirəcək
Bakı/23.11.18/Turan: Avropanın Natolin Kolleci (Polşa) noyabrın 28-də Landmark biznes mərkəzində (Lahij zalı) treninq keçirəcək, jurnalistlər üçün təlim proqramı təqdim edəcək.
Avropa İttifaqının Bakı nümayəndəliyinin məlumatına görə, treninq fərdi seminarlardan (ingilis dilində) və elektron tədris seminarlarından (ingilis, rus və ərəb dillərində) ibarət olacaq.
Treninqlərin mövzuları dezinformasiya, açıq informasiya, multimedia jurnalistikası, münaqişə mövzularının işıqlandırılması, maliyyə sabitliyi olacaq.
Maraqlananlar noyabrın 26-na qədər journalists.euproject.pl@coleurope.eu ( copy to Gulnara.Bayramova@eeas.europa.eu) mail ünvanına müraciət edə bilərlər. -16D-
-
- İqtisadiyyat
- 23 Noyabr 2018 13:42
-
- Cəmiyyət
- 23 Noyabr 2018 13:58
Cəmiyyət
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 10-na olan hava proqnozunu açıqlayıb. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilsə də, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.
-
Siyası məhbus, AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı, üç uşaq anası Aygün Hümbətova ölkə prezidenti İlham Əliyevə sosial şəbəkə (FB) vasitəsilə açıq müraciət göndərib. Turana verdiyi müsahibədə o, ailəsinin agır durumda olmasını vurgulayıb. "Ərimi şərləməyə lazım olanda gəlirlər. Xəzər rayonu icra başçısı gəlsin maraqlansın vətəndaşları hansı gündədirlər".
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
Rəy yaz