Açiq mənbələrdən foto.
AXCP-nin daha üç fəalına qarşı ittiham irəli sürülüb
Bakı/21.07.20/Turan: İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev saxlanılıb və Baş Prokurorluğun istintaq şöbəsinə aparılıb.
Elə bu gün Baş Prokurorluğun istintaq şöbəsi AXCP fəalları Nicat Abdullayev, Baba Süleymanov və Ceyhun Novruzova qarşı cinayət ittihamları irəli sürüb. Onlar iyulun 15-nə keçən gecə Milli Məclisin binası qarşısında keçirilən nümayiş zamanı baş vermiş insidentlə əlaqədar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
AXCP-dən Turan-a bildiriblər ki, həmin fəalları məhkəmələrə aparıblar. Barələrində həbs qərarının qəbul ediləcəyi gözlənilir.
Beləliklə, 8 nəfər AXCP fəalına qarşı CM-in 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət ittihamı irəli sürülüb.
İyulun 15-dən sonra 22 nəfər partiya fəalı saxlanılıb və dindirilib, onların 8-nə qarşı ittihamlar irəli sürülüb, yeddi nəfər buraxılıb, qalanların taleyi hələlik məlum deyil.
“7 nəfər AXCP fəalının barəsində hələ məlumat yoxdur. Onların harada saxlanılması barədə məlumat verilmir. Onlara doğmaları və vəkilləri ilə görüşə imkan verilmir”, - partiya nümayəndəsi bildirib.
AXCP bu həbsləri tamamilə əsassız və siyasi sifariş hesab edir. -03B-
-
- Media
- 21 İyul 2020 17:42
Cəmiyyət
-
"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
Rəy yaz