Açiq mənbələrdən foto.
AXCP üzvü ev dustaqlığına keçirilib
Bakı/21.07.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadə iyulun 20-də həbsdən azad edilib və ev dustaqlığına keçirilib. Bu qərarı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin edərək qəbul edib.
Məhkəmənin qərarına əsasən, S.Məmmədzadə avqustun 15-dək ev dustağı olaraq qalacaq.
O, mayın 19-da saxlanılıb və CM-in 221.3-cü maddəsi (silahdan istifadə etməklə xuliqanlıq) ilə ittiham olunub. Onu altı ilə qədər azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
Məhkəmə onu üç ay müddətinə həbs edib. AXCP cinayət işinin saxtalaşdırıldığını və təqibin siyasi motivli olduğunu bildirib. S.Məmmədzadə sosial şəbəkələrdə aktiv olub və hakimiyyəti tənqid edib
Onun əməllərində heç bir xuliqanlıq olmayıb. Əksinə, onun obyektinə gələn və davaya təhrik etməyə cəhd edən bir insanı sakitləşdirib. AXCP həmin şəxsin polis agenti olduğunu hesab edir.—21B06-
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz