AZAL mülki təyyarə komandirinin davranışını araşdırır
Bakı/13.01.20/Turan: AZAL Aviasiya Şirkətinin komandiri bir neçə dəfə sərnişin salonuna keçmək və tanışı ilə söhbət etmək üçün təyyarə kabinini tərk edib. Pilot Tahir Zərbəliyevin Bakı-Moskva reysi sərnişinlərinin narazılığına səbəb olan bu davranışı haqqında məlumat Rusiyanın lenta.ru saytında dərc edilib. Elə həmin saytda sərnişinin çəkdiyi video yerləşdirilib. Görüntülərdə pilot Zərbəliyevin biznes-klass salonunda dayanaraq sərnişinlə yüksək səslə zarafat və söhbət etdiyi görünür.
Şahidlərin sözlərinə görə, uçuş zamanı layner hava boşluqlarına düşüb, amma bu da gəmi komandirinin xidməti kabinindən çıxmasına əngəl olmayıb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Turan-a bildirib ki, dərc edilmiş informasiyanın və vidoegörüntülərin xidməti araşdırması aparılır. Araşdırmanın yekunlarına görə tədbirlər görüləcək.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təyyarə avtopilot rejimində uça bilər, amma pilotlar üçün icbari olan təlimat qaydaları var. Araşdırma gəmi komandirinin hərəkətlərinin qanuna uyğun olub-olmadığını göstərəcək. -0-
-
- Təhlükəsizlik
- 13 Yanvar 2020 11:35
-
- Maliyyə
- 13 Yanvar 2020 12:20
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz