Azərbaycanda koronavirusdan 25 nəfər vəfat edib
Bakı/24.10.21/Turan: Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 036 yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 303, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 158, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 145 nəfər təşkil edir.-0-
-
- Bizimkiler
- 23 Oktyabr 2021 23:45
-
- Maliyyə
- 25 Oktyabr 2021 10:44
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz