Azərbaycanda son sutkada 1310 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb
Bakı/08.11.21/Turan: Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1310 yeni yoluxma faktı qeydə alınıb, 1445 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 548 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddət ərzində isə ümumilikdə 5 292 250 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 164 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 917 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 997 514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 435 101, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 485 126 təşkil edir.-0-
-
- Siyasət
- 8 Noyabr 2021 22:02
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz