
Açiq mənbələrdən foto.
Azərbaycanlı güləşçi ermənistanlı idmançıya qalib gələrək Olimpiadanın bürünc medalını qazanıb
Bakı/03.08.21/Turan: Azərbaycanlı Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kilkoqram çəki dərəcəsi) Tokio olimpiadasının bürünc medalı uğrunda yarışda ermənistanlı Karapet Çalyana 4:1 hesabı ilə qalib gəlib.
Hüseynov təsəlliverici görüşdə Tunisdən olan Lamced Maafini 11:1 hesabı ilə məğlub etdukdən sonra bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib,
Hüseynov Tokio Oyunlarından Azərbaycana üçüncü medalı gətirib.
Bundan öncə bürünc medalları İrina Kindzerskaya (qadın cüdosu) və Alfonso Dominges (boks) qazanıblar.—06D-
Rəy yaz