Azərbaycanlı siyasi mühacirlər Avropada aksiyaları davam etdirirlər
Bakı/23.08.19/Turan: "Demokratik Azərbaycanı seç" hərəkatına üzv olan Azərbaycanlı siyasi mühacirlər avqustun 23-də Almaniyada növbəti etiraz aksiyası keçiriblər. Bu dəfə onlar Almaniya cəmiyyətinin, KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına yönəltmək məqsədilə Koblenz şəhərində "Rhein Zeitung" qəzetinin redaksiyası qarşısında toplaşıblar.
Aksiya təşkilatçılarından biri Rövşən Cabbarovun verdiyi məlumata görə, siyasi mühacirlər iyunun 28-dən Almaniya KİV-lərinin redaksiyaları qarşısında etiraz aksiyaları keçirir, siyasi məhbus problemi haqqında məlumat verirlər.
Azərbaycanda toplaşmaq, mətbuat və ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırıldığı bir vaxtda siyasi mühacirlər beynəlxlaq ictimaiyyəti siyasi məhbus, korrupsiya və məmur özbaşınalığı problemi haqqında məlumatlandırmağa çalışırlar.
Kampaniya çərçivəsində Dortmund, Essen, Passau, Trierdə məşhur Almaniya KİV-lərinin redaksiyaları qarşısında aksiyalar keçirilib. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz