cont.ws

cont.ws

3 ildən bəri Suriyanın Şimali-Qərb bölgəsində problemsiz şəkildə davam edən Moskva-Ankara əməkdaşlığı bir anda yerini bombardmanlara və sərt qarşılıqlı atışmalara buraxdı.Rusiya dəstəkli Suriya dövlət ordusu 3 ildən bəri radikal terrorçu qrupların nəzarətində olan mühüm strateji əhəmiyyətli İdlib qəsəbəsinə hücumlara başladı, bir neçə gün qabaq isə Türkiyə konvoyuna açılan atəş nəticəsində mülki vətəndaşlar öldü,yaralandı.

Türkiyə müdafiə nazirliyi proseslərin "Rusiya ilə əldə edilən razılaşmalara uyğun olmadığına" diqqəti cəlb etdi.Prezident Putin Fransalı həmkarı Macron ilə görüşdən sonra "İdlibdəki terrorçu qrupların Rusiyanın bölgəyə yaxın hava bazasına daim atəş açdıqlarını,bir qisminin oradan başqa ölkələrə getməyə çalışdığını,buna görə əməliyyatların güzəştsiz şəkildə davam edəcəyini" bildirdi.Xarici işlər naziri Sergey Lavrovun açıqlamasının dozası da eyni sərtlikdə idi.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun yarı diplomatik yarı hərbə-zorba xarakterli açıqlamasının ünvanı isə Şamdan çox Moskva və Tehran oldu. "Rejim məsələnin siyasi yoldan həllinə çox da inanmadığına görə, hərbi yoldan həll etmək üçün bütün yollardan istifadə etməyə başladı.Burada rejimin himayəçisi Rusiya və İrandır. Xüsusilə, rusların "Oradan narahat edici atəşlər açılır"- açıqlaması düz deyil" Hörmətli Çavuşoğlu aşağıdan yuxarıya Rusiya ilə bütün kanalların açıq saxlandığına işarə edərək, lazım gəlsə,prezdent Erdoğanın prezident Putinlə məsələni bir daha müzakirə edə biləcəyini vurğulayır.

Elə isə məsələ siyasi-diplomatik müzakirə yollarıyla həll edə bilinirdisə,İdlibi təmizləmək üçün hərbi əməliyyatlar niyə başladı? Nazir Çavuşoğlu hərbi əməliyyatların "Suriya konstitusiyasının müzakirəyə çıxarılacağı ərəfədə başlamasına" da etiraz edir, "Astana prosesi"ni bir daha xatırlatmağı lazım bilir.

Yenə də anlamaq mümkün deyil: Türkiyə nə vaxt "Suriyanın yeni konstitusiyasının yazılması prosesi"nə qoşuldu,müzakirələrdə iştirak etdi? Rusiya keçən ilin sentyabrından bəri İdlibin təmizlənməsi üçün Türkiyəyə təzyiq göstərirdi.Çünki o bölgədəki təxminən 60 min terrorçunun yarısından çoxunun çeçen mənşəli olduğunu Moskva yaxşı bilir və onları yerindəcə məhv etməyi özünün əsas vəzifəsi sayır.Rusiyanın bu niyyəti açıq və qəti olduğu halda,"Suriya konstitusiyasının müzakirəsi"ni gündəmə gətirməyin hansı mənası oldu?

Rusiya dəstəkli Suriya ordusunun İdlibdəki hərbi əməliyyatları dayandırılmazsa,Türkiyə buna hansı formalarda reaksiya verməyi planlaşdırır?(hörmətli Çavuşoğlu "ən sərt formalardan" bəhs edir) Bölgədəki hərbi əməliyyatların davamı Türkiyənin oradakı müşahidə məntəqələrinin də sonunu gətirəcəksə,bu qədər cəhd və zəhmət boşa gedəcəkmi? Suriya ordusunun İdlibi və ətrafını təmizləməyə davam etməsi Rusiya ilə Türkiyənin qarşı-qarşıya gəlməsinə səbəb ola bilərmi?

Vəziyyətin ironikliyinə baxın: dünənə qədər Rusiya Fərat çayının Şərq sahilində Türkiyə ilə ABŞ-ı qarşı-qarşıya qoymağa çalışırdı,indi Fəratın Qərb sahilində Türkiyə ilə Rusiya qarşı-qarşıya gəlmə təhlükəsi yaşayırlar.Prosesin bu şəkildə davam etməsinin qabağı alınmazsa,Türkiyənin bölgə ilə bağlı planlarında sıxıntılar yaşaması qacınılmaz olmazmı?

Nə qədər paradoksal görünsə də hər şey S-400-lərin 1.5 ay əvvəl Ankaraya təhvil verməsindən sonra dəyişdi.

Türkiyə,Fərat çayının Şərq sahilindəki kürd qruplarını haqlı olaraq terrorçu sayaraq ABŞ-ın onları hərbi-siyasi-diplomatik cəhətdən dəstəkləməsini heç cür qəbul etməzkən bir anda NATO-nun iki qədim müttəfiqi sərhədin o tərəfində "Təhlükəsiz bölgə" yaratmaq üçün Şanlıurfada müştərək "Əməliyyat mərkəzi" qurmağı qərarlaşdırdılar.

İdlibdəki terrorçu qruplara qarşı hərbi əməliyyatlar da məhz bundan sonra şiddətləndi.Bu durum Fərat çayının Qərb sahilində Türkiyənin qurduğu hakimiyyətin aqibətinə təsir göstərə bilərmi?

Rusiya bu dəfə də qıfıl ölkə vəziyyətindədir.

Ancaq 180 dərəcə əks istiqamətdən....

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti