
Azad edilmiş ərazilərə 10,5 mindən çox adam qayıdıb
Bu gün daha 32 ailə, cəmi 153 nəfər Cəbrayıla qayıdıb, yanvarın 16-da Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib. Cəbrayıl rayonuna 1487 nəfər (358 ailə) qayıdıb.
Bir gün əvvəl Xocalı şəhərinə 6 ailə (25 nəfər), Ballıca kəndinə 18 ailə (92 nəfər), Şuşaya 2 ailə (8 nəfər) qayıdıb.
Ümumilikdə, azad edilmiş ərazilərə bu günə qədər 10 675 nəfər qayıdıb.
Laçında 2090 nəfər (570 ailə), Zabuxda (Laçın) 823 nəfər (217 ailə), Susda (Laçın) 215 nəfər (59 ailə), Füzulidə 3136 nəfər (823 ailə) Ağalıda (Zəngilan) 871 nəfər (175 ailə), Talışda (Ağdərə) 90 nəfər (20 ailə), Şuşada 1396 nəfər (371 ailə), Xocalıda 204 nəfər (52 ailə), Ballıcada (Xocalı) 363 nəfər (66 ailə), Cəbrayılda 1487 nəfər (358 ailə) ev ilə təmin edilib.
-
- Maliyyə
- 16 Yanvar 2025 16:08
Siyasət
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Rəy yaz