Açiq mənbələrdən foto.
Badamdarda fərdi yaşayış evində beş nəfərin meyiti aşkar edilib
Bakı/23.02.21/Turan: Bu gün saat 14:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti aşkar olunub.
Araşdırmalarla həmin şəxslərin kimlikləri müəyyən edilib: 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyev.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib, bu barədə Turan-a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.
Faktla bağlı CM-in 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. -05B06-
-
- Cəmiyyət
- 23 Fevral 2021 15:21
-
- İqtisadiyyat
- 23 Fevral 2021 16:33
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz