Açiq mənbələrdən foto.
Bağlanmış bankların əmanətçilərinin aksiyası
Bakı/21.07.20/Turan: Bağlanmış 4 bankın –“AtaBank”, “AGBank”, “Amrahbank” və “NBCBank”ın əmanətçiləri çərşənbə axşamı saat 14:00-a yaxın ölkənin Mərkəzi Bankının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər.
Onlar əmanətlərin qaytarılmamasından şikayət ediblər, baxmayaraq ki, artıq əmanətçilərə ödənişlərin başlanmasından bir ay keçib.
Bu əmanətçilər qrupunun problemi ondadır ki, AMB ilin əvvəlində banklara depozitlərin qəbulunu dayandırmaq barədə xəbərdarlıq edib, lakin onlar bu göstərişə məhəl qoymayaraq vəsaiti saxlamaq üçün götürməyə davam ediblər.
Vətəndaşlar qeyd edirlər ki, onlar bunda günahkar deyillər və banklar onlara müqavilələr veriblər, orada deyilir ki, əmanətlər sığortalanıb.
Etirazçılara bildirilib ki, bu məsələnin həlli üçün hökumət Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi işə iyulun 28-də baxacaq. Bundan sonra polis toplaşanları dağılışmağa çağırıb və aksiya insidentsiz başa çatıb.–21D-
-
- Siyasət
- 21 İyul 2020 16:16
Cəmiyyət
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Rəy yaz