Açiq mənbələrdən foto.
Bakıda qar örtüyünün qalınlığı 20 santimetrə çatır
Bakı/24.02.21/Turan: Azərbaycanın demək olar ki, bütün ərazilərində güclü qar yağıb. Paytaxtda qar örtüyünün qalınlığı 20 sm.-ə çatır.
Saat 12:00-a olan məlumata görə, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərezə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kiş çayı (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.
Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax) 47 sm., Şahdağ- 27 sm., Lerik- 16 sm., Qrız- 14 sm., Gədəbəy- 12 sm., Xaldan və Şamaxı - 11 sm., İsmayıllı - 10 sm., Mərəzə - 9 sm., Qusar- 8 sm., Quba - 7 sm., Kiş çayı - 6 sm., Lənkəran, Altıağac və Şabran - 4 sm., Xınalıq, Oğuz və Qəbələ - 2 sm. Xaçmaz və Yardımlıda 1 sm. olub.
Paytaxtda qar örtüyünün qalınlığı 20 sm.-ə çatır, Sumqayıt – 8 sm., Binə – 6 sm., Maştağa - 5 sm.
Qeyd edək ki, Bakıya düşən yağıntının miqdarı 18 mm. olub ki, bu da aylıq normanın 90 faizini təşkil edir. —06D-
-
- İqtisadiyyat
- 24 Fevral 2021 13:26
-
- Maliyyə
- 24 Fevral 2021 13:40
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz