Açiq mənbələrdən foto.
Baş Prokurorluq İnternetdəki nəşrlərlə əlaqədar növbəti qrupa xəbərdarlıq edib
Bakı/30.07.22/Turan: Baş Prokurorluq media subyektlərinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən ibarət növbəti qrupa xəbərdarlıq edib.
Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, "aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb".
"İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.
Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur", deyə məlumatda qeyd edilir.
Press-relizdə adı çəkilən şəxslərdən hansıların media nümayəndəsi, hansıların sosial şəbəkə istifadəçisi olduğu açıqlanmır. 06B
-
- Aktual Reportaj
- 30 İyul 2022 15:36
Cəmiyyət
-
Azərbaycanlı tarixçi və ictimai xadim Dr. Cəmil Həsənli jurnalistləri hədəf alan son həbs dalğasını kəskin şəkildə tənqid edərək, vəziyyəti Sovet hakimiyyəti dövründə 1937-ci ildəki kütləvi repressiyalarla müqayisə edib. Həsənli cümə axşamı çıxışında bildirib ki, Bakıda fəaliyyət göstərən "Meydan TV" əməkdaşları kollektiv şəkildə həbs olunub, bu isə ölkədə mətbuat azadlığı sahəsində ciddi bir geriləmə kimi qiymətləndirilir.
-
Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq. Bəzi yerlərdə qısamüddətli yağış gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntı leysan xarakterli olacaq.
-
Ağır eşitmə qüsuru (dördüncü dərəcəli) olan 46 yaşlı Elşən Həsənov üçün dövlət eşitmə cihazlarının əldə edilməsi sadə proses olduğu halda üç səhiyyə müəssisəsinin cəlbiylə bürokratik kabusa çevrilib. Nəticədə Həsənov əvvəllər pulsuz olan xidmətə görə ildə bir neçə dəfə 60 manata yaxın pul (35 ABŞ dolları) ödəmək məcburiyyətindədir - Həsənovun sözlərinə görə, qiyməti onun əlillik pensiyasına uyğun gəlmir.
-
Cümə günü Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərində 544 güzəştli mənzili bir neçə saniyə ərzində satdı. Satışlar MİDA-nın veb saytında mənzillərin şəkillərini görüb, real vaxtda onlayn təsdiq əldə etməyə nail olan ilk müraciətçilərə həyata keçirildi.
Rəy yaz