Açiq mənbələrdən foto.
Bazar günü hava haqqında
Bakı/27.11.21/Turan: Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 6-8, gündüz müsbət 11-14 dərəcə olacaq, Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 2-6, gündüz müsbət 12-17 dərəcə, dağlarda gecə mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək, gündüz müsbət 7-12 dərəcə olacaq.
Beynəlxalq meteoroloji xidmətlərin məlumatına görə, gələn həftənin ortalarına qədər Bakıda və Abşeronda hava şəraitinin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilmir.—06D-
-
- Söz istəyirəm
- 27 Noyabr 2021 13:19
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz