Elçin Məmməd. Açiq mənbələrdən foto.
Bir qrup Sumqayıt sakini məhkəməni Elçin Məmmədi azad etməyə çağırıb
Bakı /20.07.20/Turan: Bir qrup şəxs “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri Elçin Məmmədin işi üzrə 30 nəfərin imzaladığı müraciəti Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyevə göndərib.
Onlar qeyd edirlər ki, E.Məmməd hüquqşünas və hüquq müdafiəçisi kimi onlara təmənnasız hüquqi yardım göstərib. Onun həbsdə saxlanması kömək etdiyi insanları müdafiəsiz qoyacaq.
“İnanırıq ki, hakim bu işə baxarkən humanizm və ədalət prinsiplərini əldə rəhbər tutacaq”, - müraciətdə bildirilir.
E.Məmməd Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda tənqidi hesabatın dərcindən bir neçə gün sonra, martın 30-da saxlanılıb.
Martın 31-də məhkəmə onu oğurluq ittihamı ilə 3 ay müddətinə həbs edib. O, bir qadının şikayəti əsasında həbs edilib. E.Məmməd ittihamı rədd edib.
Yerli hüquq müdafiəçiləri, Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisinin həbsini pisləyiblər.–06D-
-
- İqtisadiyyat
- 20 İyul 2020 15:37
-
- Siyasət
- 20 İyul 2020 15:55
Cəmiyyət
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Rəy yaz