![Çərşənbə günü Bakıda hava yağışlı və küləkli olacaq](https://turan.az/resized/750/500/resize/media/2018/main/010900006689.png)
Çərşənbə günü Bakıda hava yağışlı və küləkli olacaq
Bakı/09.01.17/Turan: Çərşənbə günü Bakıda və Abşeronda hava şəraiti kəskin dəyişəcək, şimal-qərb küləyi güclənəcək, yağış, bəzi yerlərdə isə sulu qar yağacaq. Havanın temperaturu gecə və gündüz +2+5 dərəcə olacaq.
Ölkə rayonlarında yağış gözlənilir, dağ və dağətəyi rayonlarda qar yağacaq.
Aran rayonlarında havanın temperaturu gecə -1 dərəcə şaxtadan +4 dərəcəyədək, gündüz +4+8 dərəcə olacaq. Dağlarda gecə -5-10, gündüz 0-5 dərəcə olacaq.-06D--
-
- İqtisadiyyat
- 9 Yanvar 2018 13:00
Cəmiyyət
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
-
İyulun 27-də Bakıda hava dəyişkən olacaq. Abşeronda bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək.
-
Xalq artisti Ağadaş Ağayev Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə silah tətbiq etməklə xuliqanlıqda ittiham olunub.
Rəy yaz