Çin vətəndaşı xəstəxanadan buraxılıb: koronavirus yoxdur

Bakı/04.02.20/Turan: Fevralın 4-də ÇXR vətəndaşı Jenxay Liu Yuş Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzindən buraxılıb. O, yanvarın 27-də koronavirus şübhəsilə   karantinə yerləşdirilmişdi.

Azərbaycan Səhiyyə Nazirliyindən Turan-a bildiriblər ki, Çin vətəndaşı BDU-nun tələbəsidir. Özünü pis hiss etdiyi üçün həkimə müraciət edib.

Hazırda xəstəxanada bir neçə nəfər karantində saxlanılır. Onlar Çində təhsil alan azərbaycanlı tələbələr, eləcə də bir neçə xarici vətəndaşdır. Onların hamısı bu yaxınlarda Çindən gəlib.-02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti