![koronavirusinfo.az](https://turan.az/resized/750/500/resize/media/2020/main/102100032697.png)
koronavirusinfo.az
COVİD-19-a yoluxanların sayı üzrə yeni antirekord
Bakı/21.10.20/Turan: Son sutkada Azərbaycanda COVİD-19 yoluxma ilə bağlı 714 fakt aşkarlanıb. Həmin müddətdə 176 nəfər sağalıb, 7 nəfər vəfat edib. Bu barədə oktyabrın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Azərbaycanda yoluxanların ümumi sayı 46 593 nəfər təşkil edib, 40 448 nəfər müalicə olunub, 642 nəfər vəfat edib. Hazırda aktiv xəstələrin sayı 5503 nəfərdir.
Pandemiya başlayandan 1 250 736, son sutkada isə 9 072 test keçirilib.
Qeyd edək ki, yoluxma hallarının bugünkü artım göstəricisi pandemiya başlayandan ən yüksək göstəricidir. —06D-
-
- Siyasət
- 21 Oktyabr 2020 16:00
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz