![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2021/main/102000039806-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Cümə axşamı yağıntı gözlənilir
Bakı/20.10.21/Turan: Oktyabrın 21-də Bakıda və Abşeronda hava tutqun olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gündüz müsbət 15 + 17 dərəcə olacaq.
Ölkə rayonlarında yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gündüz müsbət 15+18, dağlarda müsbət 3+6 dərəcə olacaq. – 02B-
Cəmiyyət
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
Rəy yaz