Cümə günü paytaxtda havanın temperaturu +39 dərəcə olacaq

Bakı/28.06.18/Turan: İyulun 29-da Bakıda və Abşeronda isti və quru hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +39 dərəcə olacaq.

Ölkə regionlarında da hava quru və isti olacaq. Aran rayonlarında havanın temperaturu +42, dağlarda +30 dərəcə olacaq.

İsti hava şəraiti meteohəssas insanlara mənfi təsir göstərəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatnda deyilir. Belə hava şəraiti iyulun 2-dək davam edəcək.-05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti