Açiq mənbələrdən foto.
Dağlarda qar yağıb, Abşeronda şiddətli külək əsib
Bakı/25.11.21/Turan: Azərbaycanda dağlara qar yağıb. Xınalıqda, Daşkəsəndə qar örtüyünün qalınlığı 5 santimetr, Qırızda 4 santimetr, Göygöl, Altıağacda 2 santimetr, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 santimetr olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeronda gülcü külək əsib. Maştağa və "Neft daşları"nda küləyin gücü 25 metr/saniyə, Qum adasında 24 metr/saniyə, Ələt, Bakı, Pirallahıda 22 metr/saniyə, Çilov adasında 20 metr/saniyə, Sumqayıtda 18 metr/saniyəyə çatıb. "Neft daşları"nda dalğanın hündürlüyü 4,2 metrə çatıb.
Qeyri-sabit hava şəraiti noyabrın 27-dək davam edəcək.05D06-
-
- İqtisadiyyat
- 25 Noyabr 2021 12:14
-
- Maliyyə
- 25 Noyabr 2021 12:50
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz