Daha üç jurnalistin xaricə çıxışına qadağa götürülüb
Bakı/07.05.19/Turan: Mayın 7-də Baş Prokurorluq "Meydan" TV ilə əməkdaşlıq edən daha üç jurnalistin - Aytən Ələkbərova (Fərhadova), Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdidiyyəti götürüb. Bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib.
İdarədə bildiriblər ki, "Meydan" TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək. Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb. Buna qədərsə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə qadağa götürülmüşdü.
*2015-ci ildə "Meydan" TV-yə (Berlində yerləşir) qarşı cinayət işi qaldırılıb. Bununla əlaqədar həmin İnternet kanalla əməkdaşlıq edən 10-dan çox jurnalist dindirilmişdi. Onların ölkədən çıxışına qadağa qoyulmuşdu. -06D--
-
- Siyasət
- 7 May 2019 16:43
-
- İqtisadiyyat
- 7 May 2019 17:25
Cəmiyyət
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
Rəy yaz