Osman Narimanoglu (Rzayev)
Demokratik.az saytının həbsdə olan rəhbəri aclıq aksiyasını dayandırıb
Bakı/04.08.23/Turan: Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) keçirdiyi aclıq aksiyasını 12 gündən sonra, avqustun 4-də dayandırıb.
Bu barədə "Turan"a redaktorun həyat yoldaşı Arzu Rzayeva deyib.
“Bizim xahiş və təkidimizlə Osman bu gün aclıq aksiyasının 12-ci günündə aclığı dayandırdı. O, hüquqi müstəvidə mübarizəni davam etdirəcək. Təəssüf ki, 12 gün ərzində nə Ombudsman Aparatından, nə də Baş Prokurorluqdan onun tələbləri ilə bağlı heç kəs maraqlanmayıb", - Rzayeva deyib.
Onun sözlərinə görə, aclıq nəticəsində Osmanın səhhəti pisləşib, halsızlıq, təzyiqin kəskin aşağı düşməsi, mədəsində ağrılar, baş gicəllənməsi yaradıb.
O qeyd edib ki, avqustun 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında o ayaq üstə güclə dayanırdı.
Məhkəmənin növbəti iclası hakimlərdən birinin məzuniyyətə çıxması səbəbindən sentyabrın 7-nə təyin edilib.
2022-ci il iyulun 5-dən həbsdə olan Osman Nərimanoğlu bəyan edib ki, Göygöl rayon məmurlarının ona qarşı başlatdığı qarayaxma kampaniyasının qurbanı olub.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ondan şikayət Göygöl xəstəxanasının direktoru Vasif Əliyev, rayon Suvarma Sistemləri İdarəsinin keçmiş rəisi İlqar Məhərrəmov və daha iki həkim tərəfindən verilib.
-
- Maliyyə
- 4 Avqust 2023 13:09
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz