Bakı/14.04.22/Turan: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurası din xadimlərinə maddi dəstəyin 20 faiz artırılması barədə qərar qəbul edib.Qurumun rəsmi məlumatında deyilir ki, pul vəsaiti imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb.Artım bu  ilin yanvarından hesablanacaq. -05D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə