Açiq mənbələrdən foto.
Əcnəbiləri Azərbaycana qanunsuz keçirən şəxslər məsuliyyətə cəlb ediliblər
Bakı/24.06.22/Turan: Azərbaycan vətəndaşları Rasif Ağayevin və Ənvər İsayevin xarici ölkə vətəndaşlarını Azərbaycana qanunsuz keçirmələrinə əsaslı şübhələr yaranıb. Azərbaycan Dövlət Təhlükəsilzik Xidmətinin (DTX) yaydığı məlumata görə, onlar İran vətəndaşlarını Azərbaycana qanunsuz gətirməkdə təqsirli bilinirlər.
Məlumata görə, Rasif Ağayev və Ənvər İsayev İran vətəndaşları ilə əlbir olaraq maddi maraq müqabilində onları Yardımlı rayonunun Arvana kəndindən Azərbaycana keçiriblər. Bu şəxslər əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Rasif Ağayevin Bakı şəhərindəki evinə gətirilib.
Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.
Faktla bağlı DTX-də aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir. 05D
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz