Əfqan Sadıqov. Açiq mənbələrdən foto.
Əfqan Sadıqov yeddi il azadlıqdan məhrum edilib
Bakı/03.11.20/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün Azel.Tv onlayn nəşrin rəhbəri Əfqan Sadıqovu hədə-qorxu yolu ilə pul qoparmaqda günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
Müdafiə tərəfi hökmdən apellyasiya verəcək.
Ə.Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi məhkəməsi onu 4 ay müddətinə həbs edib. O, Xəbərfakt.az nəşrinin redaktoru ilə Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən saxlanılıb. Lakin S.Muradovu həbs etməyiblər.
Əfqan Sadıqov qalmaqallı yazıları ilə tanınır. Həmin yazılarda bəzi məmurların korrupsiya və kriminala bağlı olduğu iddia edilib. “Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq onu siyasi məhbus elan edib. –06D-
-
- Siyasət
- 3 Noyabr 2020 17:30
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz