
Açiq mənbələrdən foto.
Bakı/05.08.23/Turan: Fövqəladə Hallar Nazirliyinin bölmələri Xaçmazda alovla mübarizə apararaq meşə yanğınının qarşısını alıblar.
Nazirliyin məlumatına görə, yanğın Sibiroba kəndində açıq ərazidə baş verib.
Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri yanğının genişlənərək meşə zolağına keçməsinə imkan verməyiblər.
Yanğın nəticəsində 500 kvadrat metr sahədə məişət tullantıları, 3 hektar sahədə kol-kos və 7 hektar sahədə qamışlıq yanıb.06В-
Rəy yaz