Yunis Səfərov
"Gəncə işi"nin iştirakçılarının ailə üzvləri məhkəmə mühafizəçilərindən şikayət edirlər
Bakı/30.03.22/Turan: Martın 30-da Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər merinə sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun və digər təqsirləndirilən 11 nəfərin işi üzrə məhkəmə prosesi vəkillər gəlmədəyinə görə baş tutmayıb.
Bu zaman təqsirləndirilən şəxslərin ailə üzvləri məhkəmənin mühafizə əməkdaşları tərəfindən hüquqlarının pozulmasından şikayət ediblər.
"Mənim ayağımda əməliyyatdan qalan dəmir var. Hər dəfə o səs edir. Mən hicablı olduğum halda mənə "paltarını qaldır, ayağına baxaq" deyirlər. Digər məhbus yaxının da yoldaşının ayaqqabısını çıxartdırıb içinə baxırdılar", deyə müttəhimlərdən birinin həyat yoldaşı Günay Zalova bildirib.
"Gəncə işi"nin iştirakçılarının ailə üzvlərinə qarşı açıq-aşkar qərəzlilik var, belə ki, digər proseslərə gələnləri ümumiyyətlə yoxlamırlar", deyə qadın bildirib.
* 3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
İyulun 10-da Gəncə şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb. Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18 ildən 20 ilədək azadlıqdan məhrum edib. Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minəcək. -30B06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz