Gülalıyev İstanbulun "Amerika Xəstəxanası"na köçürülüb (yenilənib)
Bakı/19.11.19/Turan: Noyabrın 19-da günün ikinci yarısında komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulun "Amerika Xəstəxanası"na köçürülüb. Bu barədə hüquq müdafiəçisnin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu klinikada 20 günlük müalicə xərcini ödəyib. -05B-
* * *
2019 Noyabr 19 (Çərşənbə axşamı) 16:14:10
Oqtay Gülalıyev hələlik İstanbulun “Amerika xəstəxanası”na köçürülməyib
Bakı/19.11.19/Turan: Hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun “Avrasiya” klinikasından elə həmin şəhərdəki “Amerika xəstəxanası”na köçürülməsinə hazırlıq hələlik həyata keçirilməyib. Bu barədə çərşənbə axşamı Turan-a onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
“Oqtayın vəziyyəti ağır olaraq qalır, o, ayılmayıb, hələ də komadadır. İndi epikriz hazırlayırlar və tezliklə “Amerika xəstəxanası”na köçürülmənin baş tutacağını gözləyirik”, deyə o bildirib.
Xatırladaq ki, Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub və o, ağır kəllə-beyin travması alıb və komaya düşüb. Bakıda neyrocərrahi əməliyyat gecikmə ilə həyata keçiriləcək.
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Gülalıyev İstanbula müalicəyə göndərilib. -06D-
-
- Cəmiyyət
- 19 Noyabr 2019 16:03
-
- Aktual Reportaj
- 19 Noyabr 2019 16:17
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz