Açiq mənbələrdən foto.
Havanın temperaturu yüksələcək
Bakı/20.07.20/Turan: İyulun 21-də Bakıda və Abşeronda quru, isti hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz + 36 + 39 dərəcəyə yüksələcək, sinoptiklər bildirirlər. Cənub küləyi istilik hissini daha çox hiss etdircək və axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə + 23 + 27 dərəcəyə enəcək.
Ölkənin bir sıra şimal rayonlarından başqa digər rayonlarda yağıntı gözlənilmir.
Aran rayonlarında hava gündüz +41 dərəcəyə yüksələcək, dağlarda +23+28 dərəcə olacaq. -02D-
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
Rəy yaz