Açiq mənbələrdən foto.
İyunda cəzaçəkmə müəssisələrində 50-dək məhbus COVİD-19-a yoluxub
Bakı/20.07.20/Turan: “Oğlum Aqil Məhərrəmlinin səhhəti yaxşı deyil. Onun qızdırması var. Dünən günortadan sonra xəstəxanaya köçürüblər”, - yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Aqil Məhərrəmlinin anası Adilə Məhərrəmli “Amerikanın səsi”nə bildirib.
Öz növbəsində sosial şəbəkələrdə məlumat yayılıb ki, Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində koronavirus testi pozitiv çıxan 40 məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzona) köçürülüb.
“Köçürülən xəstələrn arasında AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli də var. Xəbəri bizə məhbus ailələri veriblər. Onlar doğmaları ilə bağlı narahatlıqlarını ifadə edərək bilidiriblər ki, onların başına gələcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Çünki uzun zamandır həbsxanalarda kütləvi qızdırma və boğazağrısının yayılması ilə bağlı xəbərlər yayılsa da məsuliyyətli qurumlar bunu qulaqardına vururlar”,- məlumatda deyilir.
Ədliyyə nazirinin yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli “Amerikanın səsi”nə bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində bu günlərdə 2-3 nəfər məhbus temperaturunun yüksək olması ilə bağlı müraciət edib.
“Tibbi müdaxilə olunub, həmin məhbuslar iyulun 19-da digər məhbuslardan izolyasiya edilib. Tibbi yardım gəstərilib və COVİD-19 testləri götürülüb. Testin nəticələri hələ bəlli deyil”,- o qeyd edib.
Ə.Abbasbəylinin sözlərinə görə, ümumilikdə cəzaçəkmə müəssisələrində məhbuslar arasında vaxtaşırı COVİD-19-a yoluxma halları aşkar edilir.
“İnfeksiyaya yoluxan məhbuslar cəzaçəkmə müəssisəsindən xüsusi ayrılmış müalicə müəssisəsində ayrıca barakda yerləşdirilir və orada müalicəsi davam etdirilir”, - o deyib.
Onun sözlərinə görə, indiyədək cəzaçəkmə müəssisələrində 13 mindən çox məhbus COVİD-19 testindən keçirilib. İyun ayında təxminən 50 məhbusda koronavirusa yoluxma müəyyən edilib.
“Xəstəlik aşkar edilən məhbusların bir çoxu, yəni cəza müddəti az qalmış qanunvericiliyin imkan verdiyi qaydada məhkəmələrin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Yalnız iyul ayında 200-dən çox xəstə və xəstə olmayan məhbus şərti azadlığa buraxılıb. Ümumilikdə, mart ayından başlayaraq mindən çox məhbus məhkəmələrin qərarı ilə şərti azadlığa buraxılıb”, - İctimai Komitənin üzvü “Amerikanın səsi”nə bildirib.
Öz növbəsində, Ədliyyə Nazirliyindən hələ bununla bağlı suala cavab verilməyib. -03B-
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz