Həlak olan hərbiçilərin qohumları onların Şəhidlər Xiyabanında dəfn olunmasını tələb edirlər
Bakı/26.01.21/Turan: İkinci Qarabağ müharibəsində həlak olmuş 17 hərbi qulluqçunun ailə üzvləri iki gündür hərbiçilərin Bakı ətrafındakı Qaradağ rayonunda “boş yerdə” dəfn edilməsinə etiraz edirlər. Onlar hərbiçilərin digər hərbiçilərlə birlikdə ikinci Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.
Bu gün etirazçılar dəfn olunmuş hərbiçilərin qəbirlərini açmağa çalışıblar. Mərmər plitələri qaldırdıqda yeraltı sular çıxıb, bu, həlak olanların valideynlərini daha da qəzəbləndirib. Amma polis əməkdaşları qəbirləri açmağa imkan verməyiblər.
Valideynlər bildiriblər ki, Bakının Yasamal və Nəsimi rayonlarından olan 17 hərbiçinin cəsədi ailələrinin icazəsi olmadan Qaradağ rayonunda yol kənarında dəfn edilib.
Dünən valideynlər artıq etiraz əlaməti olaraq Müdafiə Nazirliyi yaxınlığında Tbilisi prospektini və Parlament prospektini bağlayıblar.
Müdafiə Nazirliyi valideynlərin etirazları ilə bağlı şərh vermir. -030В-
-
- İqtisadiyyat
- 26 Yanvar 2021 15:56
-
- Siyasət
- 26 Yanvar 2021 16:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz