
Açiq mənbələrdən foto.
Bakı/30.12.22/Turan: Dekabrın 28-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında sərhədçilər Bakı şəhər sakini Elmir Balışovu və Xaçmaz sakini Cəlal Bayramovu saxlayıblar.
Saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kiloqram 700 qram marixuana, 500 qram metamfetamin və 980 ədəd M-40 metadon həbi) aşkar edilib.
Bundan əlavə, onlardan 1 ədəd “Hatsan” tüfəngi və 264 ədəd patron götürülüb.
Fakt üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 0
Rəy yaz