Açiq mənbələrdən foto.
"Starlink" Azərbaycanda törəmə müəssisə yaradır
Bakı/30.12.22/Turan: Noyabrın 1-də Amerikanın “Starlink" peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.
Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən verilən məlumata əsasən, şirkətin ofisi "Azur Biznes" Mərkəzində yerləşir. "Loren Dreyer" şirkətin direktoru təyin edilib https://theorg.com/org/spacex/org-chart/lauren-dreyer. O, "Speys İks"-də "Starlink"in biznes əməliyyatları üzrə baş direktorudur.
"Starlink" 2023-cü ildən başlayaraq Azərbaycanda xidməti hədəfləyir. Əlçatanlıq tənzimləyicilərin təsdiqindən asılıdır. Hər bir xidmət sahəsi daxilində sifarişlər canlı növbə prinsipi əsasında həyata keçirilir. Şirkət sifarişləri qəbul etməyə və "Starlink" rezervasiyaları üçün depozitə ($99) başlayıb.
"Starlink" bütün dünyada yüksək sürətli, aşağı gecikmə ilə genişzolaqlı İnternetə çıxış təmin edir. “Azərbaycan İnternet Forumu” QHT-nin prezidenti Osman Gündüz “Starlink”in Azərbaycanda internetə çıxışın alternativ mənbəyi kimi meydana çıxmasını müsbət qiymətləndirir. "Turan"la söhbətində o qeyd edib ki, Ukrayna və digər ölkələrin təcrübəsi "Starlink"in böhran vəziyyətlərində əvəzolunmaz olduğunu təsdiqləyib. Azərbaycanın timsalında isə onun xidmətləri həm mülki, həm də hərbi məqsədlər üçün işğaldan azad edilmiş ərazilərdə faydalı ola bilər. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 187
-
- Bazarların icmalı,
- 14:22
- 195
Rəy yaz